Yollarda hərəkət maneələri yığışdırılır

Yollarda hərəkət maneələri yığışdırılır backend

Bakıda vətəndaşlar tərəfindən yolun hərəkə hissəsinə, səkilərə hərəkətə maneələr, zəncirlər və dirəklər vurulur. QAZİLER.AZ saytı xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, qurum tərəfindən bu maneələrin sökülməsi işlərinə başlanılıb.

Aparılan işlər nəticəsində paytaxtın mərkəzində, daha dəqiqi Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.



Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Diaspora