Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir

Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir backend

Qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstanın “KazTransQaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

“Azəriqaz” İstehsalat Birliyindən Qaziler.az-a verilən məlumata görə, heyətdə “KazTransQaz” SC-nin Tarif siyasəti və investisiya layihələri üzrə departamentinin əməkdaşları Janar Aliyarbek, İsin Rustem Tuleubaeviç və Aygül Kalimova yer alıblar.

Onlar əvvəlcə Azərbaycan Energetika Nazirliyində görüş keçiriblər. Sonra “Azəriqaz” İstehsalat Birliyində olublar. Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İskəndərovla danışıqlar aparan Qazaxıstanlı ekspertlər öyrənmək istədikləri istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Daha sonra onlar Birliyin ayrı-ayrı şöbə və idarələrinin mütəxəssisləri ilə müzakirələrə qatılıblar.

“KazTransQaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin müsahibəsini buradan izləyə bilərsiniz:

Diaspora