Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 75-ə çatıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində həlak olmuş sərnişin və ekipaj üzvlərindən 10 nəfərin cəsədi bu gün yerli vaxtla saat 15:00 radələrində çıxarılıb.Qeyd edək ki, hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.
Əməliyyata 180-i dalğıclar olmaqla 4 min nəfər, 110 gəmi, 5 helikopter və İL-76 təyyarəsi cəlb edilib.