Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. Yeni məzənnəyə əsasən, ABŞ dollarının dəyəri bir qədər ucuzlaşıb. Hazırda bir dolların kursu 1,0479 manat təşkil edir.
Rusiya rublunun dəyəri də ucuzlaşmaqdadır. Mərkəzi Bankın yeni kursuna əsasən, 1000 Rusiya rublu isə 19 manat 30 qəpikdir.Bivalyuta səbətinə daxil olan valyutalardan yalnız avro bahalaşıb. Mərkəzi Bank avronun kursunu 1.1808 olaraq müəyyənləşdirib.
Qeyd edək ki, məzənnənin müəyyənləşdiyi bivalyuta səbətinə ABŞ dolları, avro və rubl daxildir.