Lerikdə qaz xətti zədələnib

Lerikdə qaz xətti zədələnib backend

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.

“Azəriqaz” İB-dən Qaziler.az bildirir ki, bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb. Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.
Diaspora