Krımın ilk prezidenti Yuri Meşkov 74 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti”yayıb.Qeyd edək ki, Meşkov insultdan əziyyət çəkirdi. O, Moskva ətrafındakı Krasnoqorskda müalicə alırdı.
Meşkov 1994-1995-ci ildə Krımın prezidenti olub. Sonradan Ukrayna Ali Radası Krımın konstitusiyasını ləğv edərək burada muxtar respublika yaradıb. Meşkov isə bundan sonra Moskvaya qaçıb.