Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac diametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.
“Azəriqaz” İB-dan Qaziler.az-a verilən məlumata görə, bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb.Məlumata əsasən, nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.