Hazırda rəsmi Bakı Ermənistan hakimiyyətinin siyasi arenada və cəbhədəki provokasiyalarina aldanmamalıdır. Nikol Paşinyan və onun Qərbdəki məsləhətçiləri Bakı ücün tələ hazırlayır.
Bu sözləri Axar.az-a rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib.Onun sözlərinə görə, Paşinyan açıq-aşkar öz sərsəm ritorikası və hərəkətləri ilə Bakını qıcıqlandırmaga çalışır. Bu, onun planının başlangıc hissəsidir.
Nikolun planı:
“Sərsəm bəyanatlar, cəbhədə diversiyalar, müəyyən provokasiyalar. Azərbaycan bu diversiyalara cavab olaraq hərəkətə keçir. Ermənistan tərəfi itkilər verərək geri çəkilir. Bütün baş verənlər lentə alınır. Paşinyan və onun komandasi ölkədə hərbi vəziyyət elan edir. Bütün mitinqlər, yürüşlər və digər siyasi etirazlar qadagan edilir. Nikolun siyasi səhvləri və ugursuzluqları, büdcə kəsirlərinin, acınacaqlı iqtisadi vəziyyət müharibənin ayagına yazılır”, - deyə rusiyalı espert “Nikolun planını” açıqlayıb.
Arkovun sözlərinə görə, bu ssenari Paşinyanın planının birinci hissəsidir, ən cirkin və alçaq hadisələr isə “ikinci hissədə” baş tutur:
“Ermənistan öz güclü lobbisindən istifadə edərək bütün dünyada “işgalçi-təcavüzkar” damgasını öz üzərindən götürüb, Azərbaycana ötürür. Elbəttə ki, yuxarıda qeyd etdiyimiz, müharibədən olan görüntüləri istifadə etməklə. “Azərbaycanlılar vəhşidir”, “Yazıq ermənilər belə öldürüldu”, “Yeni erməni soyqırımı” başlıqlı məqalələr ən möhtəbər dünya dərgilərinə sifariş olunur. Rusiya və KTMT ölkələrinə sərt ittihamlar sürülür: “Niyə dəstək olmadınız?” Ermənistan rəsmi olaraq KTMT-ni tərk edir. Daha sonrakı mərhələdə Minsk Qrupu həmsədrləri və dünya ictimayyəti Bakını müharibəni dayandırmaga çagırır. Plan üzrə Azərbaycan Silahlı Qüvvələri bu ana qədər Qarabagın ətrafınakı 7 rayonu azad edir.
Yeni atəskəs müqaviləsi baglanır, Ermənistan “işgal altından” xilas olunmuş, hamının dəstəyinə ehtiyacı olan bir ölkə imicini qazanır. “Artsax özünü müdafiyə edə bilmədi” deyib, Daglıq Qarabagı Ermənistana birləşdirir. Qərbdən “yazıq” statuslu İrəvana böyük vəsaitlər axıdılır. “İşgalçi-təcavüzkar” damgası atılır, iqtisadiyyat bərpa olunur. Paşinyan isə Qarabagı Ermənistana birləşdirən “qəhraman” kimi tarixə düşür”, - deyə rusiyalı espert bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan lideri İlham Əliyevin Qarabagı bir güllə atılmadan qaytara biləcək daha ugurlu planı var və Nikolun planından fərqli olaraq, hazırda hər şey Bakının ssenarisi ilə gedir.
Qeyd edək ki, Paşinyanın belə bir planı olması barədə artıq bir müddətdir erməni və rusiyalı politoloqların iddiasına rast gəlmək mümkündür.