Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.
“Azəriqaz” İB-dən Qaziler.az -a verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.