“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2681 nömrəli quyuda qazma işlərinə başlanılıb. AzNews.az xəbər verir ki, bu haqda məlumat SOCAR-ın saytında yer alıb.
“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1360 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.