Bakıda 23 yaşlı oğlan küçədə döyülərək qarət olundu

Bakıda 23 yaşlı oğlan küçədə döyülərək qarət olundu backend

Bakıda 23 yaşlı oğlan küçədə döyülüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nadirov Əmrah Ramiz oğlu Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 saylı ünvanın qarşısından keçərkən tanımadığı 4 nəfər ona yaxınlaşaraq tanışı Süleymanın dostları olduğunu deyib.

Həmin şəxslər Ə.Nadirovu döyərək üzərində olan 545 manatını alıb və hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.
Diaspora