“Manatın məzənnəsi dayanıqlıdır, sabitliyinə təhdid yoxdur”.
Qaziler.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.Onun sözlərinə görə, bu il valyuta satışı ilə bağlı 30-a yaxın hərrac keçirilib: “Tələb və təklif bərabər olub. Hətta Azərbaycan Respublikası Dövlət Neft Fondu biraz geri qalıb. Neftin əlverişli qiyməti manatın qiymətinə ilin sonuna kimi nikbin baxmağa əsas verir”.
Mərkəzi Bankın sədri əlavə edib ki, ölkədə real iqitsadi artım 3 faiz olub.