Bu gün İstanbulda Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri – Pərviz Şahbazov, Fatih Dönmez və Çarımırat Purçekovun üçtərəfli görüşü keçiriləcək.
ONA-nın Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, üç ölkənin nazirlərinin görüşü çərçivəsində birgə enerji layihələrinin, o cümlədən bu sahədə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir.İstanbulda Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirlərinin görüşü keçiriləcək

