Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. QAZİLER.AZ AzNews.az-a istinadla xəbər verir ki, bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib.
MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.“Kapital Bank”dan istefa – Rəhbərlik dəyişdi

