Türkiyə və Rusiya “Türk axını” kəməri layihəsi tikintisinin texniki reallaşdırılmasına başlayır.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.Onun sözlərinə görə, fevralın 7-dən etibarən Türkiyənin “Botaş” və Rusiyanın “Qazprom” şirkətlərinin nümayəndələri “Türk axını” kəməri layihəsinin texniki reallaşdırılmasına start verəcəklər.
Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Rusiya Qara dənizinin dibindən keçərək Bolqarıstana, oradan isə Avropa ölkələrinin təbii qazla təmin edəcək “Cənub axını” layihəsinin tikintisindən imtina edib. Layihə Avropa Birliyinin qeyri-konstruktiv mövqeyinə görə həllini tapmayıb. Əvəzində Türkiyədə qaz kəmərinin tikintisini qərarı qəbul edilib ki, bununla da Yunanıstanla sərhəddə Cənubi Avropa ölkələri üçün qaz paylayıcısı sistemi yaradılacaq.
Qeyd edək ki, “Qazprom” və “Botaş” artıq yeni qaz kəmərinin marşrutunu artıq müəyyən ediblər. Qaz kəmərinin 660 kilometr uzunluğunda olacaq və planlaşdırılan “Cənub axını” kəmərinin marşrutu üzrə çəkiləcək. 250 kilometr boru kəməri isə yeni dəhlizdə Türkiyənin Avropa hissəsindən keçəcək.