Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.
ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu
- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu
Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.
****
09:50
Bakıdan Moskvaya gedən mikroavtobusun Stavropolda yük maşını ilə toqquşması nəticəsində 6 nəfər öıüb, 3 nəfər xəsarət alıb.
Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyevin ONA-nın Rusiya bürosuna bildirib ki, hadisə saat yerli vaxtla 05:30 radələrində baş verib.
Hazırda hadisə yerinə araşdırma aparılır.
****
08:34
Stavropol vilayətində Azərbaycandan Rusiyaya gedən "Mersedes" markalı minivanın yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb. ONA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Stavropol vilayəti Fövqəladə Hallar Nazirliyi məlumat verib. Avtomobilin Moskva istiqamətində hərəkətdə olduğu deyilir.
Hadisənin təfərrüatı araşdırılır.




