“Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib”.
REAL xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin üzvü Vahid Əhmədov deyib.Onun sözlərinə görə, fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər.