"Anglo Asian Mining PLC" (ААМ) şirkətinin baş direktoru Rza Vəziri AAM-a 10 faizlik dərəcə üzrə 4 milyon dollar məbləğində kredit təqdim edib.
Trend-in şirkətə istinadən verdiyi məlumata görə, kredit 2016-cı il yanvarın 8-dək ödənilməlidir.Kreditlər üzrə faizlər ödəniş müddətinin sonunda ödənilməlidir.
Kredit vəsaiti şirkətin dövriyyə kapitalına yatırılacaq.
Qeyd edək ki, 2015-ci il martın 31-nə olan məlumata görə, şirkətin xalis borcu 50,7 milyon dollardır. "Anglo Asian Mining" cari ilin I rübündə 17 193 unsiya qızıl, SART metodu ilə 182 ton mis və 1950 unsiya gümüş hasil edib. AAM bu ilin sonunadək 70-75 min unsiya qızıl hasil etməyi planlaşdırır.