Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

Nazir: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir backend

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir.

Bunu Trend-ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəz ilə də bağlı olacaq".

Nazir bildiri ki, bütün sadalanan layihələr Türkiyədə "Orta nəqliyyat dəhlizi" adlandırılan dəhlizə daxildir: "Naxçıvana İrana çıxışı olan dəmir yolunun tikintisi bu hissəni Edirne, İstanbul, Eskişehir, Ankara, Yozqat, Sivas, Ərzincan, Ərzurum və Qars kimi şəhərlərdən keçən "Şərq-Qərb" dəmir yolu dəhlizi ilə birləşdirməyə imkan verəcək və bu, Türkiyənin mövqeyini daha da gücləndirəcək".

Mehmet Cahit Turhanın sözlərinə görə, digər tərəfdən dəmir yolunun tikintisi İğdır aqrar əyalətinin inkişafına kömək edir, eləcə də Sivas-Ərzincan-Ərzurum-Qars dəmir yolunun səmərəliliyinə müsbət təsir göstərəcək.
Diaspora