İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində tikilən, illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inşaat işləri sürətləndirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, fabrikdə inkubator sexi, vitaminli yem istehsal edən dəyirman, habelə xidməti otaqlar inşa olunur. Geniş sahələrdə yem bitkiləri əkiləcək.Bu ilin sonunadək istifadə verilməsi nəzərdə tutulan fabrik tam gücü ilə işləyəcəyi təqdirdə burada 120 nəfər çalışacaq.