II qrup Qarabağ qazisi Baxşəliyev İlqar Əjdər oğlu vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə QAZİLER.AZ saytına “Qarabağ hərəkatı”ndan məlumat verilib.
İ.Baxşəliyev 1974-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub.Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik leytenant Şirin Mirzəyevin yaratdığı batalyonda erməni işğalçılarına qarşı döyüşüb.
Qazançı, Sırxavənd, Canyataq, Gülyataq uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1993-cü ilin iyunun 8-də Şahbulaq uğrunda gedən döyüşdə yaralanıb. Hərbi hospitalda müalicə aldıqdan sonra yenidən xidmətə qayıdıb. Bir neçə ay sonra sıravi olsa da zabit çatışmazlığı səbəbindən bölük komandiri vəzifəsinə təyin olunub və bir neçə ay bu vəzifəni icra edib.
1994-cü ildə cəbhədə atəşkəs elan olunandan sonra da bir neçə il xidmət edib.
Ailəli idi, bir övladı yadigar qalıb.
“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birlikləri, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun, “QAZİLER.AZ” saytının kollektivi Baxşəliyev İlqarın vaxtsız vəfatından kədərləndiyini bildirir, onun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir!
Allah rəhmət eləsin!