Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,01 dollar yaxud 3,08% bahalaşıb.
Report-un məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 67,36 dollara çatıb.Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 67,16, dünən isə 65,35 dollar/barel olub.
Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.