Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi

Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi backend
“Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. Yekəpər qızın döşlərini var gücü ilə sıxır, sıxırdı…
“Yox, yaxşıdır. Xoşuma gəlir!” – deyən erməni əlindəki süngü bıçağı ilə ovcundakı döşləri dibindən kəsdi… Aylar, illər, onilliklər keçəcəkdi, amma yeniyetmə qızın çığırtısı bu zirzəmidəki insanların qulağından heç vaxt getməyəcəkdi… Qızcığaz bağırırdı. O artıq atasını da köməyə çağırmır, sadəcə bağırırdı. Onun çığırtıları içində güclə eşidiləcək “Allah” nidası hiss olunurdu. O da ağrıdan qırıq-qırıq… tam eşidilmirdi… Bəlkə də heç allahı çağırmırdı… Yekəpər erməni onun yenicə kəsilmiş döşlərini əlinə alıb stoldan kənara çəkildi. Qızcığaz stolun üstündə döşsüz sinəsindən yapışıb, ulayırdı… Yekəpər erməni qəhqəhə ilə ovcundakı döşü atıb-tutduqdan sonra onu göyə vızıldatdı. Qızın döşləri bayaqdan ermənilərin əlindən çıxmağa çalışan, hönkürən kişinin üzünə çırpılıb, ayağı altına düşdü. Atanın sifəti qana bulaşmışdı… Ən dəhşətlisi isə o idi ki, girovların arasında hələ dörd yeniyetmə qız var idi. Bu o demək idi ki, hələ dörd ata hönkürəcək, dörd ana bayılacaq, dörd övlad stolun üstündə çığırıb ulayacaVusavelnin_kitabiq və səkkiz kəsilmiş döş göydə fırlanıb uçuşacaq, qanını havalanmış girovların üzünə sıçradacaqdı… Hələ uzun illər sonra da girovluqdan qurtulan insanların yuxusunda göydə qadın döşləri uçuşacaq, atalar hönkürəcəkdi…”

Bu cümlələr Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabındandı. Orada belə ürək dağlayan səhnələr çoxdu. Kitabın qəhrəmanları bədii obrazlar deyil, qorxunc işgəncələr yaşamış real insanlardı. Girovluqda olanların başına açılan müsibətlər haqda çox eşitmişəm. Azad edilənləri Ağdamda görmüşəm, onların halından, yaşadıqlarından xəbərim vardı.

Bəlkə də buna görə kitab elə ilk səhifəsindən məni acı xatirələrin girdabına atdı…


***

Olanlar yazılmasa tarix yaranmaz, elə tarixin öz qaranlıq künc-bucağında itib-batar. Varlam Şalamov “Kalım hekayələri”ni, Soljenitsın “Arxipelaq QULAQ”ı yazmasaydı sovet həbs düşərgələrində yaşanan vəhşətdən kim xəbər tutacaqdı, insan əzabının detallı təsvirini kim verəcəkdi?!

Zülmün min bir halını yaza bilməsi yazıçının istedadına bağlıdır. Belə əzabdan söz düşəndə ilk olaraq Andrey Platonovun “Can” əsəri ağlıma gəlir. Dostayevski, Hüqo, Şoloxov da əzabı canlıymış kimi təsvir ediblər. Amma bu yazımda söhbət fiziki, mənəvi işgəncə əzabından gedir. Bədii əsərlərdə nə qədər dolğun canlandırılsa da, obrazları yazıçı yaratdığından onlar elə bədii personaj olaraq da qalırlar. Biri də var, qəhrəman qurbanın özüdü, canlı şahiddi.

…İyirmi il öncə Krıma səfərlərin birində xarici fondlardan qrant alan bir qrup krım-tatar gənclə tanış olmuşdum. Onlar 1944-cü ilin 18 may gecəsi Krımdan sürgün edilən yaşlı adamları danışdırır, söhbəti videoya çəkir, audio yazıya alırdılar. Məqsədləri canlı şahidlərin diliylə xalqın faciəsini kitablara yazmaq, dünya dillərinə çevirib yaymaq idi. Ətürpərdən sürgün olaylarını onun canlı şahidlərindən yaxşı kim təsvir edə bilərdi ki?! “Cəhənnəm çığırtıları”nı oxuyanda o krım-tatar uşaqları xatırladım.



1984-cü ilin yayında, yeniyetmə çağımda Rusiyanın tarixi Borodino deyilən yerinə yaxın Petrişevo kəndində faşistlərin amansız işgəncə ilə öldürdükləri Zoya Kosmodemyanskayanın ev muzeyində görüb eşitdiklərimdən vücudum sustalmışdı. Barmaqlarımın ucu gizildəmişdi, elə bil mənim dırnaqlarımı çıxarmışdılar.osvensim

Beş il öncə Krakov yaxınlığındakı Osvensim həbs düşərgəsində tarixin ən qəddar cinayətinə işıq tutan muzey eksponatlarına – taya kimi yığılan insan tükünə, əsirlərin ayrıca otaqda qalaqlanan eynəklərinə, uşaq ayaqqabılarına, işgəncə otaqlarına, baraklara, qaz kameralarına, krematoriyaya baxanda, filmlərdə gördüyüm dəhşətlərin bir vaxtlar həqiqətən burada yaşandığını təsəvvürə gətirəndə bədənim ürpəşmişdi. Heç bir film, kitab canlı şahid, mövcud dəlil qədər həqiqəti çılpaqlığı ilə təsvirə gətirə bilməz.


“Cəhənnəmdə böyük çığırtı”nı oxuyanda ağlıma gəldi ki, nə vaxtsa Qarabağı azad edəndə (mən buna hələ də inanıram) Şuşa türməsini, Əsgəran milis idarəsini, xüsusən də, girovların “sobalı otaq” adlandırdığı zirzəmini muzeyə çevirməliyik. Bu muzeylərə gələnlər bir vaxtlar burada girov qadın, uşaq və qocalara, əsir kişilərə verilən növbənöv işgəncələrdən xəbər tutsunlar.

***

Vüsalə Məmmədova ilə yazışanda ona təklif elədim ki, bu kitab əsasında bir film ssenarisi yazsın. Təklifimi inamsız qarşıladı. Belə bir filmi kim maliyyələşdirəcək? Buna kim maraq göstərəcək?

Canlı şahidlərə istinadən çəkilib dünya şöhrəti qazanan filmlər çoxdu. Polyak yəhudisi, məşhur pianoçu Vladislav Şpilman haqda çəkilən “Pianoçu”, min iki yüzəcən yəhudini ölümdən xilas edən alman Şindlerin fədakarlığından bəsh edən “Şindlerin siyahısı” filmi, sadəcə, daha çox tanınandı.

Kitabda neçə-neçə belə filmlik ssenari materialı var. Dürdanə, Yeganə, Müşfiq, Arzu, Mehriban canlı obrazlardı, Əsgəran milis idarəsində yaşananların bədii əlavələrə ehtiyacı yoxdu. Hazır ssenaridir. “Şindlerin siyahısı” qədər təsirli bir filmin süjetidir. Bilirsiniz o film neçəyə başa gəlib? Cəmi 22 milyon ABŞ dollarına!

The-pianistGitaraçı Valeh Hüseynov “Pianoçu” filmindən də təsiredici süjeti erməni qadınların baxışları altında dırnağı çıxarılan barmaqları ilə özü yazır. 35 milyon dollara çəkilib o film. Dünya kino tarixinin şedevrlərindən olan bu filmlər qədər yəhudi iztirabını dünyaya çatdıra bilən başqa nə düşünmək olardı, görən? Cəmi bir neçə milyona insanların şüuruna, qəlbinə yol tapmaq, həqiqəti çatdırmaq mümkünmüş. Milyonları havada uçuşan, sağa-sola xərclənən varlı neft ölkəsində nə puldur ki, bu milyonlar?!


Vüsalə Məmmədova dəhşətli işgəncələrdən keçən o adamları danışdırmaqla tarixi cinayəti tarixə yazıb – çox böyük iş görüb. Güman edirəm, diktafonuna yazdığı o söhbətlərin audio yazılarını saxlayır, nə vaxtsa yaradılacaq “işgəncə muzeyi”nə verəcək.

Bundan o yanası onluq deyil. Onun yazdıqlarına sahib çıxılmalıdır. Bu sahib dövlət də ola bilər, fond da, bir imkanlı şəxs də. Bu cür kitablar başqa dillərə çevrilməyəcəksə, dünya tamaşaçısını hədəfləyən filmlər çəkilməyəcəksə daha nə üçün yazılır? Özümüz üçünmü? Özümüz bu həqiqətləri onsuz da bilmirikmi?!

Erməni əsilli italyan yazıcısı Antoniya Arslanın tək İtaliyada səkkiz dəfə nəşr olunan, dünyanın bir xeyli dilinə tərcümə edilən, çoxsaylı mükafatlar qazanan “Torağay malikanəsi” əsəri əsasında Taviani qardaşlarının çəkdiyi “Torağay yuvası” filmində 1915-ci ildə Türkiyədə baş verən hadisələr canlandırılır.

Ermənilərin bu mövzuda çox filmləri var.


“Qəsb edilmiş Ermənistan” (“Ravished Armenia”) adlı ilk film 1919-cu ildə ABŞ-da çəkilib. ABŞ-a yenicə gələn qaçqın ermənidə belə bir filmi çəkməyə imkan nə gəzirdi? Filmi ərsəyə gətirənlərin siyahısında Henri Mongentau (Henry Morgenthau) adını oxumaq elə bu suala cavab tapmaq deməkdir. Bu, I Dünya Müharibəsi illərində ABŞ-ın Osmanlı imperiyasındakı səfiri olan, eyni zamanda, onunla müharibə aparan Antantanın marağını təmsil edən, prezident Vilsona erməni köçürmələrindən düşmən Almaniya və Osmanlıya qarşı siyasi təzyiq kimi istifadə etmənin siyasi faydası haqda silsilə məktublar yazan şəxsdir. Məhz onun 1918-ci ildə yazdığı “Səfir Morgentaunun xatirələri” (“Ambassador Morgenthau’s Story”) əsas götürülərək türklərə qarşı “erməni soyqırımı” davası başladılacaqdı. Bu haqda “Şahmat taxtasında beysbol” adlı essemdə ətraflı yazmışam, hazırkı yazının mövzusu olmadığından burada dayanıram.

The_cut_posterBu mövzuda müxtəlif illərdə və müxtəlif ölkələrdə çəkilən filmlər dəhşət səhnələriylə doludu. Vüsalənin təsvir etdikləri ermənilərin çəkdiklərindən qat-qat ağır səhnələrdi, amma ermənilər bu dəhşət dolu kadrları çəkməklə özlərinin əzabkeş obrazlarını yarada biliblər. Filmlər ermənilərə rəhm aşıladığı qədər də türklərə nifrət hissi doğurur. Hətta türk əsilli alman rejissoru Fatih Akının “Çapıq” (“The Cut”) adlı filmində də belə təsirli yerlər çoxdu. Amma fikrimcə “Torağay yuvası” daha “uğurlu”dur. Çünki burada tamaşaçıya “türk vəhşiliyi” bir neçə humanist türkün fonunda usta fəndlə təqdim olunur.


***

Siyasət qatqılı ədəbiyyatı, incəsənəti, hardasa, anlamaq mümkündü, zaman-zaman fikir adamları öz siyasi düşüncələrini sənət vasitəsilə çatdırıblar. Məqsədindən asılı olmayaraq, hər hansı ideologiyaya, siyasətə tamamən qurban veriləndə isə sənət mahiyyətini dəyişir, sənət yox, təbliğat, təşviqat materialı olur. Yalnız haqqa, ədalətə söykənib sülhə, barışığa çağıran bədii əsərlər yaşarıdır. Belələrini hamı başa düşür, sevir, oxuyur, baxır, ürək ağrıdır və nəhayət, ibrət, nümunə götürür. Zoraklığa, qisasa çağıran bir bəşəri roman, film, tablo, heykəl, musiqi göstərə bilməzsiniz.

“Cəhənnəmdə böyük çığırtı” qorxunc işgəncə səhnələriylə zəngindi. Bir neçəsini burda verirəm: “Çarəsiz kişilər zorlanan qadınların da yerinə bağırırdılar”, “12 yaşlı Əhmədin ovucuna açılan güllə… sonra bu yaraya tökülən qaynar çay…”, “Qəlpə Mehribanın yaş yarımlıq oğlu Sərxanı üzündən və ayağından yaralamışdı. Uşaq anasının gözü qarşısında, yerdə uzanıb çabalayırdı”, “Hələ doğmağına bir ay var idi, uşağını götürüb yerinə pişik balası qoyub, tikiblər. Pişık içəridə cırmaqlamağa başlayıb. Ağdamda əməliyyat edən həkim bunu görəndə ürəyi partlayıb, ölüb dedilər. Qadını da xilas eləmək mümkün olmadı…”

“Müharibə zonasını birinci Allah tərk edir!” Əsir düşmənə dəhşətli işgəncələr vermək müharibələrə xasdır. Kitabdakı işgəncə verən o kəsləri hər müharibədə görə bilərik. Yuxarıda adını çəkdiyim və çəkmədiyim zorakılıq aşılayan onlarla erməni filmi, kitablarıdır işgəncə verən o qatilləri yetişdirən. Təlim düşərgələrində beyinləri yuyulan, zombiləşən vəhşilərdi onlar. Belə bir mühitdə hər birimiz qəddar caniyə çevrilə bilərik. Onlara hər kəs, azca mərhəmət hiss olan ermənilər belə nifrət edir.



“Cəhənnəmdə böyük çığırtı”nın uğuru həm də ondadır ki, müəllif bu qədər şiddət mənzərələrindən sonra belə oxucunu zorakılığa səsləmir, onu oxuyanda yaranan qəzəbi, nifrəti körükləmir, sadəcə olmuşları olduğu kimi göstərir. Vüsalə kitabın özü haqda olan çox kədərli “Son söz” hissəsində də oxucunu kinlə, nifrətlə yükləmir.

Rejissor Zaza Uruşadzenin gürcü-abxaz müharibəsində həlak olan tanınmış gürcü aktyoru Levan Abaşidzeyə ithaf elədiyi “Naringilər” filminə baxmağı oxuculara tövsiyyə edirəm. Naringi becərən bir kəndli bir-birinə düşmən iki yaralını evində gizlədib sağaldır. Onun humanizmi düşmənlərin qarşılıqlı nifrətini bir-birinə ehtirama çevirir.

Dünyanın yaraları yalnız sevgiylə sağalar!

Mandarinlər_(film)Yüksək zövqlə çəkilən filmin ünvanı dünya tamaşaçısıdır. Filmin “Oskar”a namizədlər siyahısınadək getməsinə, xeyli beynəlxalq mükafat almasına səbəb onun dünya dilində çəkilməsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, filmə baxan hər kəs əsl həqiqəti görür, gördüyünü anlayır. Rejissor bir uğurlu filmlə iki hədəfə çatıb: sənət əsəri yaradıb və müharibənin əsl baiskarını göstərib. O, siyasəti çox usta priyomlarla sənətə qatıb – filmin sonunda hər iki düşmən birlikdə rus əsgərlərinə qarşı döyüşür.

Və belə bir film cəmi 650 min avroya çəkilib!

Vüsalə Məmmədova dünyanı heyrətə gətirəcək faktlarla zəngin bir kitab ərsəyə gətirib. Davam etdirilməlidir! Mədəniyyət nazirliyi, ya başqa bir təşkilat, fond, imkanlı şəxs bunu edə bilər. Yaxşı bir ssenari yazılar, dünya tamaşaçısına maraqlı gələn film çəkilər.

Hər il səfirliklərimizdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Təbliğat-təşviqat xarakterli çoxsaylı kampaniyalara milyonlar xərclənir. Bunlar da lazımdı, anlayıram. Amma “Cəhənnəmdə böyük çığırtı” əsasında çəkiləcək uğurlu bir filmin bu kampaniyalardan qat-qat artıq effekt verəcəyinə inamım daha çoxdu. Qarabağı ermənidən çox sevdiyimizi əməlimizlə sübut etmək məqamı belə hallarda yetişir.

***

“Hamının gözü avtobusdan dönüb geriyə, milis şöbəsinin qarşısındakı kiçik meydançaya toferyad1p əvəzi atılıb qalan məhsəti türkü Əhmədin başına dikilmişdi… Avtobus milis şöbəsindən aralandıqca Əhmədin meydançanın ortasına atılan başı kiçilir, onların arxasınca baxan gözləri görünməz olurdu…”

Yazını bitirhabitirdə saytlarda oxudum ki, “Fəryad” filmindəki baş qəhrəmanın prototipi, əsirlik işgəncəsi yaşamış Qarabağ qazisi Mehman Hüseynov ürək çatışmazlığından ölüb. Onu tanıyırdım. 1991-ci ildə avtovağzal müdirliyini buraxıb cəbhəyə getmişdi. Əsirlikdə sındıra bilməmişdilər, amma bizim cəmiyyət sındırıdı. Psixoloji sarsıntılarla sosial-məişət qayğıları girdabında yaşanan ömrünü ürəyini verib tükətdiyi vətəndə kirəkeş kimi başa vurdu.

…Mən də filmdən danışıram, bayaqdan!

18 may 2015
Diaspora