Lavrovdan Ermənisttana TƏLƏB: "Öhdəlikləri yerinə yetirməlidir"

Lavrovdan Ermənisttana TƏLƏB: "Öhdəlikləri yerinə yetirməlidir" backend

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öhdəlikləri yerinə yetirməlidir".

Modern.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün planlaşdırıldığını bildirən S.Lavrov Rusiyanın bu öhdəliklərə laqeyd olmadığını deyib:

“Bizim üçün bilmək vacibdir ki, Ermənistanın yeni lideri öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirir. Biz hesab edirik ki, KTMT qarşısında öhdəliklər mövcuddur və onları yerinə yetirmək lazımdır”.
Diaspora