Nazirlik investisiya layihələrinin qəbuluna başlayır

Nazirlik investisiya layihələrinin qəbuluna başlayır backend

Sahibkarlığa Kömək Milli Fondundan Qaziler.az-a verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il mayın 15-də Beyləqan rayonunun Birinci Aşıqlı kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
- ət kəsimi, pendir istehsalı, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.
-
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
Diaspora