Dənli bitkilərin yığımında 30 faizədək artım gözlənilir

Dənli bitkilərin yığımında 30 faizədək artım gözlənilir backend

Hava şəraiti 2015-ci ildə dənli bitkilərin bol məhsul verəcəyinə imkan yaradır. Ekspertlərin fikrincə, ötən illə müqayisədə bu il dənli bitkilərin yığımında 20-30 faiz artım olacaq.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev XXI Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi və IX Azərbaycan Beynəlxalq "Kənd təsərüfatı" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

İ.Quliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi dənli bitkilərin yığımına tam hazırdır: “Keyfiyyətli, operativ və itkisiz şəkildə məhsul yığımını başa çatdırmağı planlaşdırırıq. Bunun üçün hər cür şəraitimiz var – Azərbaycana ən müasir taxılyığan maşınlar gətirmişik”.

Nazir müavini qeyd edib ki, ötən il quraqlığa görə fermerlər məhsulun bir hissəsini itirib və qismən kompensasiya etmək üçün nazirliyin öz vəsaitindən fermerlərə pulsuz toxumlar paylanılıb.
Diaspora