“İpək yolu” 160 milyon qazanc gətirdi

“İpək yolu” 160 milyon qazanc gətirdi backend

Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-mart aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti barədə məlumat yayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, ilin birinci rübündə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 milyon ton yük, 80,9 milyon nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox sərnişin daşınıb. Dəhlizdə daşınan yüklərin 54,7 faizi avtomobil, 31,4 faizi dəmir yolu, 13,9 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınıb.

Daşınan yüklərin 19,9 faizini və ya 2,7 milyon tonunu tranzit yüklər təşkil edib. Yük daşımaları fəaliyyətindən 130,7 milyon manat, sərnişin daşınmasından isə 30,0 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 9,1 faiz və 14,6 faiz artıb.
Diaspora