Qəza NEZ-ə təsir etdi: nə qədər benzin ehtiyatımız var?

Qəza NEZ-ə təsir etdi: nə qədər benzin ehtiyatımız var? backend

Bu ilin yanvar-mart aylarında avtomobil üçün 288, 8 min ton benzin istehlak olunub.

Bu məlumat Axar.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən verilib. Bu isə gün ərzində ölkədə təxminən 3,2 min ton benzin istehlakı deməkdir.

Neft Emalı Zavoduda benzin ehtiyatının 80 min ton olduğunu nəzərə alsaq, demək, Azərbaycan ən azı 26 günlük tələbatı ödəmək imkanındadır.

Qeyd edək ki, Mingəçevir İES-də baş verən yanğın nəticəsində elektrik enerjisinin kəsilməsi Neft Emalı Zavodunun işinə də təsir edib. Baş nazirin müavini, “Azərbaycan” İES-dəki qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının sədri Yaqub Eyyubov Prezident İlham Əliyevin keçirdiyi müşavirədə bildirmişdi ki, NEZ-də katalitik krekinq qurğusu 8-10 gün müddətinə təmir olunacaq və bu müddət ərzində ehtiyat benzindən istifadə ediləcək.
Diaspora