Yeni iqtisadi “müharibə” astanasında: TRAMPDAN AVROPAYA TƏHDİD

Yeni iqtisadi “müharibə” astanasında: TRAMPDAN AVROPAYA TƏHDİD backend

ABŞ Çindən sonra Avropa ilə də iqtisadi “müharibə” yaşamaq ərəfəsindədir. ABŞ prezidenti Donald Tramp, ticarət əngəllərinin qaldırılmadığı təqdirdə Avropadan idxal bütün avtomobillərə 20 faiz gömrük vergisi tətbiq edəcəyi ilə təhdid edib.

Tramp, Aİ-nin ABŞ istehsalı olan maşınlara olan gömrük vergisi məsələsində geri addım atmadığı təqdirdə başqa çarəsinin qalmayacağını rəsmi Twitter hesabından bu sözlərlə bölüşüb:
“Avropa Birliyinin ABŞ-a tətbiq etdiyi Əlavə Gömrük Vergisi və Ticarət Əngəlləri çərçivəsində, əgər sözügedən maneə yaxında qaldırılmazsa, ABŞ-a idxal edilən bütün Aİ istehsalı olan maşınlara 20 faiz əlavə gömrük vergisi tətbiq edəcəyik".

Müxalifət.az
Diaspora