Xəsarət alanların siyahısı tutulub - FOTO

Xəsarət alanların siyahısı tutulub - FOTO backend

Çoxmərtəbəli binada yanğın zamanı xəsarət alanların əksəriyyəti 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, biri FHN-nin yanğınsöndürəni olmaqla 17 nəfər isə Kliniki Tibbi Mərkəzdədir. Xəsarət alanlar arasında körpə uşaq da var.

Mərkəzdən Lent.az-ın əməkdaşına verilən məlumata görə, zərərçəkmişlərin vəziyyəti qənaətbəxş hesab etmək olar. “Bura əsasən binanın 13, 14, 15 və 16-cı mərtəbəsində yaşayan insanlar gətirilir. Bir nəfər isə hər iki dirsəyinin yanıq xəsarəti ilə mərkəzə qəbul edilib, yarası sarğı edildikdən sonra isə evinə yola salınıb” xəstəxanadan bildirilib.

Müxbirimizin verdiyi məlumata görə, xəstəxanada insan əlindən tərpənmək olmur. Yanğın barəsində eşidən hamı bura üz tutur. Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir.







Diaspora