Yanan binada ölənlərin sayı 10-a çatdı: 43 yaralı

Yanan binada ölənlərin sayı 10-a çatdı: 43 yaralı backend

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:30 olan son məlumatlara əsasən 43 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Axar.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 17-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 10 nəfərdir. Digər 7 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Diaspora