ABŞ-la birgə Menbiçə sabitlik gətirəcəyik.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.“YPG Menbiçdən çıxardılacaq. ABŞ bu qruplaşmaya verdiyi ağır silahları təhvil alacaq. Daha sonra buralara sabitlik və əmin-amanlıq gətirəcəyik. Silahlı qüvvələr yaranana qədər bura ABŞ və Türkiyə nəzarət edəcək”, - deyə XİN rəhbəri bildirib.