Ölkəyə külli miqdarda pul axacaq

Ölkəyə külli miqdarda pul axacaq backend

“I Avropa oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir”.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.

Onun sözlərinə görə, Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər:

“Son zamanlar ən çox verilən suallardan biri də I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin manata olan tələbə necə təsir göstərməsi ilə bağlıdır. Qitədə ilk dəfə təşkil ediləcək bu oyunlar milli valyutaya tələbin artması baxımdan müsbətdir. Sözügedən oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına, eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. I Avropa oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir. Beynəlxalq standartlara görə hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Aprelin ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər”.
Diaspora