Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar ucuzlaşaraq 59,43 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar azalaraq 66,27 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,17 dollar ucuzlaşaraq 66,99 dollar təşkil edib.