Hollandiya Məhkəməsi Stokholm Beynəlxalq Artbitraj Məhkəməsinin qərarı çərçivəsində Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”a təzminat ödəməyi rədd edən Rusiyanın “Gazprom” şirkətinin səhmlərini müsadirə edi
Teleqraf.com xəbər verir ki, məhkəməyə müraciət edən “Naftogaz” rəhbərliyi qarşı tərəfdən təzminatı almaq üçün bütün qanuni yollara baş vurduqlarını bildirib.Qeyd edək ki, bundan əvvəl “Naftogaz” 2.6 milyard dollarlıq təzminatı ödəməyən “Gazprom”un İsveçrədəki səhmlərinin müsadirə edildiyini açıqlamışdı.
Məlum olduğu kimi, Beynəlxalq Arbitraj Məhkəməsi iki şirkət arasında gedən məhkəmə prosesində Ukrayna təmsilçisinin lehinə qərar vermişdi.