Prezident 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olub

Prezident 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olub backend

Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.

APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərə məxsus stendlərlə tanış olub.

Prezident İlham Əliyevə şirkətlərin təqdim etdiyi məhsullar barədə məlumat verilib.

Qeyd edək ki, sayca 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Sərgi sahəsinin 40% -ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.
Diaspora