“İran üç ay sonra öz neftini sanksiyalardan öncəki səviyyədə ixrac edəcək”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Neft naziri Rokneddin Cavadi çıxış edib. Onun sözlərinə görə, İranın ixracı gündəlik 2,5 milyon barrelə çata bilər. O, ixracın yarısının Asiya bazarına çıxarılacağını bildirib.Qeyd edək ki, İran bu istəyini reallaşdırsa, neft ixracında 4-cü yerə yüksələcək. Bununla da onun dünya bazarında payı 6%-ə qalxacaq.