Dünya multikulturalizmə can atmalıdır. Trend-in verdiyi məlumata əsasən, bu barədə ISESCO-nun baş katibi Osman əl-Tüveycri Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Osman əl-Tüveycri bildirib: “Yaşadığımız bu dövr çox əhəmiyyətli və dialoq aparmaq üçün cəsarət tələb edən bir dövrdür. Bu dialoq nəticədə qarşılıqlı anlayışa və qarşılıqlı hörmətə gətirib çıxara bilər. Dünya multikulturalizmə can atmalıdır”.Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif guşələrində müşahidə olunan düşmənçilik terrorizmin yayılmasına səbəb olur və o getdikcə daha çox ərazini əhatə edir.
ISESCO-nun baş katibi həmçinin qeyd edib ki, bu gün münaqişələr mənfəət əldə etmək üçün istifadə edilir.