Azərbaycandan Ermənistana keçənlərə inanmadılar - Video

Azərbaycandan Ermənistana keçənlərə inanmadılar - Video backend

Azərbaycan tərəfdən Ermənistan sərhədini qeyri-qanuni yolla keçmiş altı Banqladeş vətəndaşı həbs edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə mayın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) bildirilib.

Saxlanılan şəxslər bildiriblər ki, onlar iş axtarmaq üçün İran ərazisi vasitəsilə Türkiyəyə yollanmaq istəyiblər, lakin azaraq Ermənistana gəlib çıxıblar.

Banqladeşlilərin hamısı əvvəlcədən razılaşma yolu ilə Ermənistanın dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunublar. Qətimkan tədbiri kimi onların barəsində həbs qərarı verilib.

MTX-nin məlumatına əsasən, ermənilər banqladeşlilərə inanmır: onların şəxsiyyəti hələ də müəyyənləşdirilməmiş qalır – bu istiqamətdə iş aparılır.

Erməni xüsusi xidmət orqanları banqladeşlilərin radikal və terrorçu qruplaşmaların üzvləri olub-olmamasını yoxlayırlar.

“İfadələrin həqiqətə uyğunluğu və sərhədin pozulmasının real motivlərinin müəyyən edilməsi istiqamətində operativ-axtarış tədbirləri görülür”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, hadisə mayın 8-də baş verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan istiqamətindən Ermənistan sərhədinin pozulması cəhdi qeydə alınıb.
">

Diaspora