“İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir”.
göstərməkdədir”.BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar.
“Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. ABŞ prezidentinin son qərarı neft bazarın həm psixoloji, həm də iqtisadi təsirlər göstərir”, – deyə Vüqar Bayramov bildirib.
İqtisadçı ekspert bildirib ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var: “Bu iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Sanksiyalar fondunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”.