Mayın 18-də Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyi açılacaq.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, nümayəndəliyin açılışında SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti iştirak edəcək. Tədbirə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin də qatılacağı gözlənilir.SOCAR-ın Batumidə açılacaq ikimərtəbəli inzibati binası 2012-ci ildən inşa olunur. Layihənin baş memarı Rauf Xıdırovdur.