Karlos Karvalho adlı rejissor Cənubi Afrikada çəkiliş edən zaman zürafə tərəfindən öldürülüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ferma quran ailənin hekayəsindən bəhs edən proqramın çəkilişi üçün əraziyə yollanan Karvalho zürafənin bədən və ayaqlarını yaxından lentə almaq istəyib. 47 yaşlı rejissor Cerald adlı zürafənin boynunu tərpətməsi nəticəsində zərbə alaraq 5 metr havaya yüksəlib və yerə çırpılıb. Karlos Karvalho boynundan aldığı zədə nəticəsində dünyasını dəyişib.Qeyd edək ki, rejissor bir çox mükafatların sahibi idi.