Araz çayı üzərində yeni dostluq körpüsü tikiləcək.
Kult.az xəbər verir ki, bunu Güney Azərbaycan Xudafərin şəhərinin İcra Hakimiyyətinin başçısı Əhmədəli Əsədpur deyib.O, yeni körpünün tikilməsi üçün təxminən 10 milyard tümən məbləğində vəsait tələb olunduğunu bildirib:
“Bakı və Tehran arasında Xudafərin məntəqəsində yeni bir körpünün tikiləcəyi barədə razılıq əldə olunub. Körpünün adı “İran və Azərbaycan Respulikasının dostluq körpüsü” olacaq”.
İcra başçısının sözlərinə görə, dostluq körpüsü hələlik şimal hissəsi Ermənistanın işğalında olan tarixi “Həsrət körpüsü”nü əvəz edəcək.
Qeyd edək ki, Azərbaycanın iki hissəsi, yəni Qaradağ və Qarabağ bölgələri arasındakı tarixi “Həsrət körpüsü”nün təxminən üçdə biri 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan və Azərbaycan ikiyə bölündükdən sonra dağıdılıb. Azərbaycanın Güney və Quzey hissəsini birləşdirən “Həsrət körpüsü” qardaşlıq və birlik simvolu kimi tanınır.