Bu gün səhərdən Brent markalı neftin dəyəri bir barrelə görə 0,19 dollar ucuzlaşaraq 53,97 dollar olub. WTI markalı neftin dəyəri isə 0,30 dollar ucuzlaşaraq 48,15 dollar təşkil edib.
Qazilər.az saytı Röyter agentliyinə istinadən xəbər verir ki, həftənin çərşənbə günü ABŞ öz neft ehtiyatları haqqında məlumat verdikdən sonra WTI markalı neft ucuzlaşıb.Maraqlıdır ki, digər markalardan fərqli olaraq Azərbaycanın istehsal etdiyi "Azeri Light" markalı neftin qiyməti bahalaşıb.