“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır backend

“Neft Daşları” yatağındakı 2585 nömrəli meydançadan 2593 nömrəli quyuda qazma işləri davam etdirilir.

“Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 320 metrdir. Quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.


Diaspora