Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR backend

Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin Ictimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən məlumata görə,. pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi may ayının 14-ü tarixinə tam yekunlaşıb.
Qeyd edək ki, bu ilin 4 ayı ərzində Fondun gəlirləri 988,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz və ya 31,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 564,5 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 370,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz və ya 31,5 milyon manat çoxdur.
Cari ilin 4 ayı ərzində Fondun xərcləri 965,7 milyon manat olub və bunun 949,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir
Diaspora