Əli Orucov: “Bunun işartıları hiss olunmaqdadır”
ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar səbəbi ilə rus iş damlarının milyardlarla dollar vəsait itirdiyi, bəzi şirkətlərin iflas etdiyi bildirilir. Maraqlıdır, Rusiyada iqtsadi-sosial gərginliyin artması qonşu dövlətlərə, eləcə də Azərbaycana hansısa formada təsir göstərə bilərmi?Moderator.az-a açıqlama verən politoloq Əli Orucov bu təsirin qaçılmaz olduğunu vurğuladı:
“Belə bir deyim var, “Amerika asqıranda Meksika artıq qrip olur”. Rusiyada hər hansı bir iqtisadi-siyasi təaltüm olarsa, dərhal Azərbaycanda bunun fəsadları hiss olunur. Azərbaycan Rusiyadan asılılığını bu onulliklıər ərzində aradan qaldıra bilmədi. 2 milyondan çox soydaşımız şimal qonşumuzda işləyib, ailəsini saxlayır və hər il təxminən 2-3 milyard manat Rusiyadan Azərbaycana vəsit göndərilir. Eyni zamanda, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri Rusiyadır. Rusiyanın iqtisadı çöküşü Azərbaycanın iqtisadiyyatını da güclü silkələyəcək faktordur. Bunun işartıları artıq Azərbaycanda da hiss olunmaqdadır. Rusiyada iqtisadi və maliyyə problemləri artıqca, qonşu ölkələrə də basqısı artacaq. Təsadüfi deyildi prezidentin ictimia-siyasi məslələr üzrə köməkçisi Əli Həsənov açıq şəkildə olmasa və ad çəkməsə də, Azərbaycandan Moskvanın haqq tələb etməsini dedi. ABŞ-ın saksiyalarından təkcə Rusiya deyil, müharibə vəziyyətində olan ölkəmiz də zərər görəcək. Çünki bildiyiniz kimi, ölkənin müdafi qabiliyyətinin daha da mökhəmləndirilməsi, təkmilləşdirilməsi və müasirləşməsi qonşu ölkənin hərbi-sənaye kompleksi hesabına təmin olunurdu. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün əsas satış bazarıdır və bu sektordan iş adamlarımız, fermerlərimiz yaxşı gəlir götürürlər. Mən istəməzdim ki, Rusiyada sosial –iqtisadi gərginlik artsın. Ümumiyyətlə, hansı ölkədə daxili böhran artırsa, həmin ölkə daha aqressiv və təcavüzkar xarici siyasət yürüdür. Ona görə də, problemlərin artması bizi də ciddi təhdidlərlə üzbəüz qoyur. Doğrudur, Moskvanın dəstəyi sayəsində torpaqalarımız işğal olunub, bu gün də bu təcavuzu aradan qaldıra bilmirik. Amma problemin həlli Rusiyanın social-iqtisadi cəhətdən zəifləməsi deyil, demokratikləşməsi və beynəlxaql hüquq normalarına və prinsiplərinə əməl etməsindən keçir”.