Qızıl 6 dollaradək ucuzlaşıb

Qızıl 6 dollaradək ucuzlaşıb backend

Amerika fond bazarında Dow Jones indeksi 1,06% - 18 252,24 bəndədək, S&P 500 1,08% - 2 121,10 bəndədək, NASDAQ 1,39% - 5 050,80 bəndədək artıb.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% - 6 973,04 bəndədək, Fransa CAC-40-ı 1,36% - 5 029,31 bəndədək, Almaniya DAX-ı 1,84% - 11 559,82 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,47% - 19 662,82 bəndədək, Hang Seng 0,50% - 27 421,84 bəndədək artıb, Shanghai 1,44% - 4 315,22 bəndədək azalıb .

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,90 dollar azalaraq 1 219,30 dollara, gümüş isə 0,10 dollar ucuzlaşaraq 17,36 dollara satılıb.
Diaspora