"Oğullarını əsgər göndər" - dedi, İbrahim əsgərlik şəklini paylaşdı

"Oğullarını əsgər göndər" - dedi, İbrahim əsgərlik şəklini paylaşdı backend

Bu yaxınlarda Hatayda əsgərləri ziyarət edən məşhurlar sırasına dəvət edilməyən müğənni Demet Akalınla İbrahim Tatlısəes arasında gərginlik yaşanıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, dəvət olunmadığı üçün sitəm edən Demet incidiyini sosial şəbəkədə elan etmişdi. Tatlısəs isə hər kəsin dəvət olunduğunu və Akalının yersiz sitəm etdiyini demişdi. Bundan əsəbiləşən Demet İbrahimə sərt şəkildə cavab verib:

“Mənə heç kim zəng vurub dəvət etməyib. Tutaq ki, mənə zəng çatmadı, həyat yoldaşımla əlaqə saxlayaydınız. İbrahim bəyi tərbiyəyə dəvət edirəm. Təəssüf! Qardaşım mayın 2-də əsgər gedir. Tatlısəs, siz də oğullarınızı hərbi xidmətə göndərin, vətən borcudur!”.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Demet Akalının "Oğlunu əsgərə göndər" sözlerinə İbrahim Tatlısesdən cavab gecikməyib. Məşhur sənətçi oğlunun əsgərlik şəklini paylaşıb.



Diaspora