SOCAR Gürcüstanda fəaliyyət göstərən ən böyük şirkətdir

SOCAR Gürcüstanda fəaliyyət göstərən ən böyük şirkətdir backend

Gürcüstanın İlya Universiteti 2014-cü ilin nəticələrinə əsasən ölkədə fəaliyyət göstərən ən iri şirkətlərin reytinq cədvəlini tərtib edib.

Cədvəldə banklar və sığorta şirkətləri nəzərə alınmayıb. “SOCAR Georgian Petroleum” şirkəti 2013-cü ildə olduğu kimi, yenə də cədvəlin birinci pilləsində qərar tutub.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “SOCAR Gas Import-Export” şirkəti də ilk onluqda yer alıb. Ümumiyyətlə, neft-qaz istehsalçıları və ixracatçıları 14 faizlə ilk onluğa liderlik edirlər, başqa sözlə, 10 ən iri şirkətdən 7-si yanacaq sektoruna aiddir.
Diaspora